Sumqayıt şəhər Heydər Əliyev mərkəzində şair, publisist Güləmail Muradın “Vətən uğrunda” kitabının təqdimati keçirilib. Bu haqda Heydər Əliyev mərkəzi məlumat yayıb.
Güləmail Muradın “Vətən uğrunda” kitabı İkinci Qarabağ müharibəsinə həsr olunub. Tədbir iştirakçılarının sözlərinə görə, Güləmail Murad yaradıcılığının böyük bir hissəsini vətənpərvərlik mövzuları təşkil edir.
Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin ədəbi işçisi və Prezident təqaüdçüsü Güləmail Murad, Sumqayıt şəhər Heydər Əliyev mərkəzinin direktoru Vüsalə Qurbanova, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Camalləddin, Şəhid Anar Qorçuyevin anası, şair İbrahim İlyaslı və mərkəzin əməkdaşları iştirak ediblər.