Sumqayıt: “Heydər Əliyev” parkında saat aylardır ki işləmir

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıt parklarında və mərkəzi prospektlərində quraşdırılmış saatlar işləmir, işləyənlərin üzərində isə vaxt düzgün əks olunmur. Bu haqda Sumqayıt24-ün izləyiciləri bizə məlumat verib.

Belə ki, şəhərin 6-cı və 9-cu mikrorayonları arasında yerləşən “Heydər Əliyev” parkındakı böyük elektron saat aylardır ki düzgün işləmir. Həmçinin, onun ekranında müxtəlif ləkələr və çatlar yaranıb. Bizə verilən məlumatda deyilir ki, həmin saat arada təmir edilsə də, tez bir zamanda yenidən sıradan çıxır. Bu isə parkın, ümumilikdə şəhərin gözəlliyinə xələl gətirir.

Qeyd edək ki, Koroğlu prospektində (“Dədə Qorqud” restoranının yanında) quraşdırılmış saat da eyni vəziyyətdədir. O, uzun müddətdir ki, yararsız halda qalıb və onun əqrəbləri yalnız saat 17:50-ni göstərir.

Foto Sumqayıt24
Foto Sumqayıt24