Sumqayıt: Heydər Əliyev prospektində dəmir barmaqlıqlar yuyulur

Total
0
Shares
Envato
Envato

Sumqayıtda yağış-kanalizasiya sisteminin təmizlənmə işləri davam edir.

Heydər Əliyev prospektinin (köhnə heykəlin yanı) yol kənarlarında yerləşən səth sularının kənarlaşdırılması üçün nəzərə tutulmuş yağış-kanalizasiya sisteminin barmaqlıqları açılır və yuyulur.

Əraziyə Azərsunun çoxlu sayda texnikası və əməkdaşları cəlb olunub.

Daha öncə, 11 oktyabr tarixində Sumqayıt şəhəri ərazisində oğurlanmış, zədəli halda olan kanalizasiya qapaqları və yağış suları üçün nəzərdə tutulmuş dəmir barmaqlıqlar bərpa edilib.