Sumqayıtda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş sərgi keçirilib. Bu haqda bu gün, 7 dekabr tarixində Heydər Əliyev Mərkəzi öz Facebook hesabında məlumat yayıb.
Sərginin təşkilatçıları Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbi və Sumqayıt şəhər Heydər Əliyev mərkəzidir. Mərkəzdə şagirdlər sərbəst mövzuda olan əl işlərini nümayiş etdiriblər.
Həmçinin, 6 dekabr tarixində Sumqayıt şəhər Heydər Əliyev mərkəzini Türkiyədən gələn vətəndaşlar da ziyarət ediblər. Onlar mərkəzin birinci mərtəbəsində yerləşən muzey hissəsi ilə tanış olublar.