Sumqayıt: şəhid abidələrinin abadlaşdırılması aksiyası keçirilir

Total
0
Shares
Foto yap.org.az
Foto yap.org.az

Sumqayıtda Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi aksiya çərçivəsində şəhid abidələri, məzarları və barelyefləri abadlaşdırılır. Bu barədə YAP-nın rəsmi səhifəsində məlumat paylaşılıb.

Partiya əməkdaşları 1-ci Qarabağ müharibəsi şəhidləri Nazim və Adil Abbasov qardaşlarına həsr edilmiş barelyefin və abidənin ətrafında təmizlik işləri görüb və önünə gül dəstəsi qoyublar.

Sonda isə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.