Sumqayıt: şəhid – kiçik leytenanta həsr olunmuş anım tədbiri keçirilib

Total
0
Shares
Foto memorial-az
Foto memorial-az

Sumqayıtlı şəhid – kiçik leytenant Vüsal Muradovun anım gününə həsr olunmuş “Zirvədə bitən ömür” adlı tədbir keçirilib. Bu haqda Sumqayıt Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsində xəbər yayılıb.

Şəhər mədəniyyət evində baş tutan tədbirdə şəhidin ailə üzvləri iştirak ediblər. Burada nümayiş olunan rəsmlərin çoxunda Vüsal əks etdirilib.

21 yaşlı şəhidimiz “Vətən müharibəsi” zamanı Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd uğrunda gedən döyüşlərdə vuruşub və Hadrut istiqamətində şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra o, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Foto Sumqayıt Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən
Foto Sumqayıt Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən
Foto Sumqayıt Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən
Foto Sumqayıt Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən