Sumqayıt: Şəhidlər Xiyabanında şəhidin ad gününə həsr olunmuş anım tədbiri keçirilib

Total
0
Shares
Foto Sumqayıt24.az
Foto Sumqayıt24.az

16 avqust Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında Vətən Müharibəsində şəhid olan Vüsal Allahverdiyevin 33-cü doğum gününə həsr olunmuş anım tədbiri keçirilib. Bu haqda Sumqayıt24-ün müxbiri məlumat verib.

Tədbir məktəbilərin və İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilib.

Allahverdiyev 44 günlük müharibə zamanı, 30 oktyabr tarixində şəhid olmuşdur. O, ölümündən sonra”Döyüşlərdə fərqlənməyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” mədalları ilə təltif olunmuşdur.

Vüsalın atası Tahir Allahverdiyev birinci Qarabağ müharibəsinin veteranı, dayısı Akif Alıyev və əmisi Mahir Allahverdiyev isə qazidirlər.

Foto Sumqayıt24.az
Foto Sumqayıt24.az
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir