Sumqayıt şəhəri Şəhidlər xiyabanı ətrafında ağacların kəsilməsi ilə bağlı məlumat bir neçə müddət öncə sosial şəbəkələrdə yayılmışdır. Bu barədə bu gün, 9 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlama verib.
Nazirlikdən bildirilib ki, ünvanda Sumqayıt şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları çalışıb. Ağaclar budandıb, bir şam ağacı isə inkişafdan dayandığı üçün kəsilib.