Sumqayıt şəhidlərin fotoları bina üzərində proyeksiya formatında əks olundu

Total
0
Shares
Foto YAP Sumqayıt şəhər təşkilatı
Foto YAP Sumqayıt şəhər təşkilatı

Sumqayıt şəhərinin 6-cı mikrorayonda bina üzərində proyeksiya formatında şəhidlərin fotoları göstərilib. Bu barədə YAP-nın Sumqayıt şəhər təşkilatı Facebook profilində paylaşım edib.

Burada 2016-cı ilin aprel, 2020-ci ilin iyul və 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi şəhidlərinin fotoları əks olunub. Ümumilikdə isə 115 şəhidin böyük formada şəkli yayımlandı.

Kompozisiya Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər Təşkilatı tərəfindən təqdim olunub.