Bu gün, 6 noyabr tarixində İnşaatçılar qəsəbəsində “Vətən müharibəsi” şəhidlərinin xatirəsinə həsr olunan abidənin açılışı baş tutub. Bu barədə Sumqayıt24-də müxbiri məlumat verib.
Mərasimdə Qubadlı rayonunun İcra başçısı, Polad Həşimovun qardaşı və şəhidlərin ailə üzvləri, yaxınları iştirak ediblər.
Abidənin üzərində general-mayol Polad Həşimovun və “44 günlük müharibə”si şəhidləri polkovnik Şükür Həmidov, Anar Qorçuyev, Ramil Quliyev, Faiq Qasımov, Fərhad Fərhadlının mərmər lövhələrdə fotoları əks olunub.
Şükür Həmidov ölümündən sonra “Zəfər” ordeni, “Füzulinin, Cəbrayılın və Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Anar Qorçuyev ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib;
Ramil Quliyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib;
“Vətən Müharibəsi Qəhrəmanı” Faiq Qasımov ölümündən sonra “Vətən uğrunda” “Xocavəndin və Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib;
Fərhad Fərhadlı “Vətən uğrunda”, “Füzulinin və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.