Sumqayıt: ictimai nəqliyyatda ödəniş kartlarını “Poçt”dan almaq mümkün olacaq

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıt sakinləri ictimai nəqliyyatda ödəniş üçün nəzərdə tutulmuş kartları tapa bilmədiylərindən narazıdırlar. Bu problemlə əlaqədar həmin kartları digər məntəqələrdən almaq mümkün olacaq.

Sumqayıt24-ün əldə etdiyi məlumata əsasən, sakinlər həmin kartları bir neçə gündən sonra şəhər üzrə istənilən “Poçt” şöbəsindən ala biləcəklər. Kartlar artıq şöbələrə gətirilib. Onların satışına bir neçə gün sonra start veriləcək. Qiymətləri isə ictimai nəqliyyatda olduğu kimi, iki manat təşkil edəcək.