Sumqayıt: ictimai nəqliyyatda kartlar təstiqlənmiş qiymətdən baha satılır

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Sumqayıt sakinləri ictimai nəqliyyat üçün kartları əldə edə bilmədiklərini iddia edirlər. Kartı tapanda isə dövlət tərəfindən təsdiqlənmiş 2 manata deyil, daha baha – 2,50 manata satılır.

Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Sultan Əsədov Xeberle.com-a açıqlamasında yeni sistemə keçilsə də, bəzi problemlərin qaldığını təsdiq edib. Onun sözlərinə görə, həmin kartlar hissə-hissə satışa çıxarılır, lakin sayı hələ ki az olduğu üçün şəhər əhalisinin tələbatını ödəyə bilmir.

“Bəzi işbazlar tərəfindən 2,50 manata satılması faktları barədə bizə də məlumdur. Araşdırıb, bu halların qarşısını almışıq”,- deyə, Əsədov əlavə edib.

Həmçinin o, yaxın günlərdə bu kimi problemlərin aradan qaldırılacağını bildirib.