Sumqayıt idmançılar şəhid İlkin Məmmədovun xatirəsinə keçirilən yarışında iştirak ediblər

Total
0
Shares
Foto qarabag media fb
Foto qarabag media fb

Sumqayıtlı idmançılar şəhid İlkin Məmmədovun xatirəsinə keçirilən cüdo yarışında iştirak ediblər. Bu barədə bu gün, 24 noyabr tarixində Qarabağ Media məlumat yayıb.

Birincilikdə 180 idmançı (160 oğlan, 20 qız) iştirak edib. Yarışda 10 komanda qalib adı uğrunda mübarizə aparıb. İştirak edən komandalar arasında Bakı və Xızı yığmaları da var idi.

Turnir 44 günlük Vətən müharibəsində şəhid olmuş, karate üzrə Avropa və 3 qat Dünya çempionu İlkin Məmmədovun xatirəsinə həsr edilib. Birincilik tanınmış idmançı, Prezident mükafatçısı, dünya və avropa çempionu Cavidan Qarayevin dəstəyi ilə keçirilib.

İlkin Məmmədov Abdulla oğlu ölümündən sonra “Xocavəndin və Füzulinin azad olunmasına görə” və  “Vətən uğrunda” medalı ilə təltif edilib.