Sumqayıtda iki avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə bu gün, 24 sentyabr tarixində Dünya TV məlumat paylaşıb.
Hadisə şəhərin Niyazi və Çerkaski küçələrin kəsişməsində qeydə alınıb. “Mercedes” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub. Hər iki avtomobillərə ziyan dəysədə, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.