Sumqayıt şəhərində itkin düşmüş 28 yaşlı Gültəkin Abdulova Əkbər qızı tapılıb. Bu haqda bu gün, 20 sentyabr tarixində Report məlumat yayıb.
Məlumata əsasən o, 22 iyul tarixində evdən çıxıb və geri dönməmişdir. Bu səbəbdən həyat yoldaşı B.Abdulov hüquq-mühafizə orqanlarına müraciət etmişdir. 2 ay sürən axtarışların nəticəsində Abdulova Bakı şəhərində tapıldı.
İki azyaşlı uşağı olan Gültəkin artıq üçüncü dəfə evini tərk edir. Həmçinin, onun psixolojı problemləri olduğu qeyd edilir.