Sumqayıtda piyadalar “Asan-Xidmət” və Avtovağzal tərəfdə olan yolları keçməkdə çətinlik çəkirlər.
Sumqayıt24 izləyicilərin sözlərinə istinadən xəbər verir ki, 20 yanvar küçəsində, “Asan-Xidmət”in yanındakı yolda əvvəllər piyada keçid zolağı olsada hal-hazırda silinib. Həmin yol avtobus və avtomobillərin sıx hərəkət etdiyi yerdir. Bu səbəbdən piyadalar yolu keçmək üçün xeyli vaxt gözləməli olurlar.
Həmçinin həmin ərazidə olan Avtovağzal yolunda piyada zolağı olsa da, onun bir çox hissəsi silinib. Sakinlər və şəhərə gələn digər insanlar bu yolu çətinliklə keçdiyini vurğulayıblar.