Suqmayıt şəhərində istilik xəttində qəza baş verib. Bu barədə bu gün, 15 noyabr tarixində Sumqayıt24-ə məlumat daxil olub.
Qəza şəhərin 18-ci məhəlləsi, bina 2/29-un önündə qeydə alınıb. Əraziyə “Azəristiliktəchizat”umqay ASC əməkdaşları cəlb olunub. Hazırda asfalt örtüyü dağıdılaraq, təmirə başlanılıb.
Qeyd edək ki, respublika ərazisində mərkəzləşdirmiş qaydada isidiləcək bütün binaların təchizatına bu gündən start verilib.