Sumqayıtın Koroğlu prospektində səkilər uzun müddətdir ki, təmir edilmirlər. Bu haqda Sumqayıt24 daxil olan çox saylı müraciətlərə əsasən yazır.
Məlumata görə, köhnə 9-cu mikrorayon ərazisində (11-ci mikrorayonla üzbəüz yolda) səkilər pis vəziyyətdədir. Belə ki, mikrorayona girişdə səki dağıdılıb və yol çəkilib, lakin o yol da asfaltlanmayıb.
Həmin yerin təxmini 50 metr yaxınlığında yaşayış binalarının altında səkilərin vəziyyəti ürəkaçan deyil. Burada piyada yollarında çökəkliklər yaranıb. Yağış yağan zaman çökəkliklər su ilə dolur və “gölməçələr” yaranır.