Sumqayıtda bəzi mikrorayon və küçələrdə asfaltlanma işləri davam edir. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Hazırda 10-cu mikrorayonun məhəllədaxili yollarda asfalt örtüyü dəyişilir. Təmir işlərinə çox sayda texnika və işçi qüvvəsi cəlb olunub.
Həmçinin, Üzeyir Hacıbəyov küçəsinin bir hissəsində (yeni tikilən Bravo supermarketin yanında) yolların təmir işləri aparılır. Bu səbəbdən həmin yolda avtomobil hərəkəti məhdudlaşdırılıb. Nəticədə sürücülər müvəqqəti olaraq yolun əks hərəkət istiqamətindən istifadə edirlər.
Sumqayıt şəhər İcra Hakimiyyətinin 2021-ci ildə hazırladığı xüsusi proqrama əsasən şəhərdə abadlıq işləri davam edəcək.