Sumqayıtda birmərtəbəli kafedə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytında məlumat paylaşılıb.
Fəaliyyət göstərməyən ümumi sahəsi 400 kv.m olan kafenin yanar konstruksiyaları yanıb.
FHN-nin əməkdaşları tərəfindən yanğın söndürülüb və yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.