Sumqayıt: kapitan Şahmar Quliyevə həsr olunmuş barelyefin açılışı baş tutdu

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Bu gün, 9 noyabr tarixində Sumqayıt şəhərində şəhid Şahmar Quliyevə həsr olunmuş barelyefin açılışı baş tutub.

1-ci mikrorayon, Nəriman Nərimanov küçəsində keçirilən mərasimdə Kamil Zeynallı, şəhidin yaxınları, qohumları və icra nümayəndələri iştirak edib.

Kapitan Şahmar Quliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə, 28 oktyabr tarixində şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24