Sumqayıtda Kimyaçilar qəsəbəsinin sakinləri bir neçə gün eyni vaxtda evlərində işıqların sönməsindən şikayətçidirlər. Bu haqda Sumqayıt24-ün izləyiciləri xəbər verib.
Problem qəsəbənin Maral Göl massivi ərazisində, Qala küçəsində müşahidə olunur. Belə ki, bizə verilən məlumata görə burada işıqlar son beş gün saat 17:00-da sönur və beləcədə gecə saatlarınadək qalır. Bu səbəbdən uşaqlar distant (onlayn) keçirilən dərslərə qoşula bilmirlər.
“Uşaq dərsə girə bilmir işığın olmaması səbəbindən. Gündə qayıb yazılır”,- deyə sakinlərdən biri bildirib.