Sumqayıt şəhəri “Xəzər bağları” ərazisində bir neçə evin həyətini su basıb. Bu barədə oxuçular Sumqayıt24-də məlumat veriblər.
Maralgöl massivinin sakinlərin sözlərinə görə, evlərin kanalizasiya xətti illər öncə zadovlardan gələn kanalizasiya xəttinə qoşulub. Hazırda həyətlər zavodlardan gələn çirkab su ilə doludur.
“Bütün həyət su icindədi. Hal-hazırda burada 10-15 santimetr dərinliyində su var. Tək bizdə deyil, qonşuların da həyəti belə vəziyyətdədir. Boruları deyişdirmək əlavə vəsait tələb edir. Bu isə çox baha başa gəlir”,- deyə sakin bildirdi.