Sumqayıtın Kimyaçılar qəsəbəsində Ruslan Namazova məxsus çörəkbişirmə sexinin fəaliyyəti dayandırılıb. Bu barədə Baku TV məlumat yayıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı (AQTA) Nizami Zeynalov bildirib ki, sexdə çörəkbişirmə qabları toz içərisindədir, həmçinin mənşəi bilinməyən yağlardan istifadə edilir, xəmirə qatılan maya lazımı temperaturda saxlanılmır. Burada milçək, müxtəlif həşəratlar, gəmiricilər, hörümçək torlarını görmək mümkündür.
AQTA-nın keçirdiyi yoxlamalar nəticəsində məlum olub ki, sexin şəraiti standartlara cavab vermir. Bundan sonra çörəkbişirmə sexi bağlanılıb.