Bu gün, 29 oktyabr tarixində “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin şəhid olmuş əməkdaşı Asəf Səfəralı oğlu Nəsibovun anım günüdür.
Asəf Nəsibov Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 29-da Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Nəsibov “Vətən uğrunda”, “Cəbrayılın, Qubadlının və Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Asəf 2018-ci ilin noyabr ayından “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb. Onun adını əbədiləşdirilməsi məqsədi ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin inzibati binasında 26 oktyabr tarixində şəhidin xatirə lövhəsinin açılışı olub.