“Sumqayıt Kimya Sənaye Parkı” MMC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) arasında memorandum imzalanıb. Bu barədə DMA məlumat yayıb.
Əməkdaşlıq memorandumuna əsasən “Sumqayıt Kimya Sənaye Parkı” tərəfindən Yevlax və ətraf rayonlarda məskunlaşmış və işə düzəlməkdə çətinlik çəkən şəxslərin iş axtarışına və özünüməşğulluğuna köməklik göstəriləcək, onlar peşə yönümü və hazırlıqla təmin ediləcəklər. Həmçinin, bilik və bacarıqların artırılması istiqamətində əməkdaşlıq aparılacaq.