Sumqayət Kimya Sənaye Parkının rezident müəssisələri seminarda iştirak ediblər

Total
0
Shares
Foto economy.gov.az
Foto economy.gov.az

Sumqayıt Kimya Sənaye Parkının rezident müəssisələri Türkiyənin MEXT Texnoloji Mərkəzi ilə birgə “Ağıllı Sənaye Hazırlığı İndeksi” (“SIRI”) qiymətləndirməsi ilə bağlı seminarda iştirak ediblər. Bu haqda bu gün, 8 dekabr tarixində İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Seminar çərçivəsində müəssisələrin əsas keyfiyyət göstəriciləri dəyərləndirilir və onlar üçün rəqəmsal inkişaf xəritəsi hazırlanır.

Seminarda “SOCAR Polymer”, “Azəralüminium” və digər şirkətlərin nümayəndələri iştirak edib. Maraq göstərən şirkət və müəssisələrlə növbəti mərhələdə ayrılıqda görüşlərin keçirilməsi nəzərdə tutulur.