Sumqayıt Kimya Sənaye Parkının rezidentləri–İnşaat Kimyəviləri Zavodu, “Azertexnolayn” MMC, “STP” MMC-ləri təmsil olunan stendlərlə Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində (“Rebuild Karabakh”) iştirak ediblər. Bu haqda Sumqayıt Kimya Sənaye Parkı MMCnın rəsmi səhifəsində məlumat paylaşılıb.
Bakı Ekspo Mərkəzində keçirilən sərgidə “İşğaldan azad olunmuş ərazilərin iqtisadi, investisiya və turizm potensialı, Qarabağda həyata keçirilməsi təklif olunan layihələr” mövzusu haqda iştirakçılara məlumat verilib. Həmçinin, sənaye zonalarına dair təqdimat keçirilib.
Qeyd edək ki, “Rebuild Karabakh” sərgisi 22 oktyabradək davam edəcək.