Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “STP” MMC-yə işgüzar səfər baş tutub. Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfərin keçirilmə məqsədi STP şirkətlər qrupunun fəaliyyət istiqamətləri ilə tanış olmaqdır. Görüşdə 30-dan çox türk və ərəb iş adamı iştirak edib.
Səfər çərçivəsində polimer məmulatları, elektrik avadanlıqları, alüminium, kabel, sendviç panelləri zavodlarında gedən istehsal prosesi ilə tanış olublar.