“Sumqayıt” FK Premyer Liqada 300-cü qolunu vurub. Bu barədə Azərbaycan Peşəkar Futbol Liqası öz rəsmi saytında məlumat yayıb.
Premyer Liqanın VII turunun 1:1 hesabı ilə başa çatan “Sumqayıt-Neftçi” matçında klubumuzun 300-cü qoluna Murad Xaçayev imza atıb. Həmin qol komandamızın 307-ci oyununa təsadüf edib.
“Sumqayıt” klubu ölkə çempionatları tarixində 300 və daha çox qol vuran 13-cü komandadır.