“Sumqayıt” FK Premyer liqanın Vlll turunda ki rəqibi bəlli olub. Bu haqda Sumqayıt24 Azərbaycan Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.
Şənbə günü, 23 oktyabr tarixində Sumqayıt təmsilçisi növbəti turda Bakının “Sabah” klubunun qonağı olacaq. “Bank Respublika Arena” stadionunda keçiriləcək oyun saat 16:00 başlayacaq.
Xatırladaq ki, “Sumqayıt” hal-hazırda turnir cədvəlində 5-ci pillədə, “Sabah” isə sonuncu, 8 ci pillədə qərarlaşıb.