Keçən oyun zədələnən “Sumqayıt” klubunun futbolçusu əməliyyat olunub.
Klubun səhifəsinə istinadən, Premyer liqanın 5-ci turu çərçivəsində baş tutmuş “Sumqayıt” – “Qəbələ” matçının 20-ci dəqiqəsində zədə alan Elvin Bədəlov Almaniyada uğurlu əməliyyat keçirib.
Qeyd edək ki, 26 yaşlı müdafiəçinin diz bağlarında qopma müəyyənləşdiyi üçün o, 6 ay yaşıl meydanlardan kənarda qalacaq.