Sumqayıt: əksər küçələrində zibil qutuları yoxdur

Total
0
Shares
Foto Sumqayit24.az
Foto Sumqayit24.az

Sumqayıt şəhərinin əksər küçələrində zibil qutuları yoxdur. Bu məsələ ilə bağlı sakinlər öz narazılıqlarını sosial şəbəkələrdə bildiriblər.

Şəhərin Nizami və 20 yanvar küçələrində, həmçinin sulh küçəsinin bir hissəsində zibil qutuları mövcud deyil.

Müxbirimiz yerli sakinlərlə həmsöhbət olub:

“Zibil qutuları yoxdur. Ona görə zibili ya özümüzlə evə kimi aparmalı oluruq və ya yolun ortasında atmalı oluruq. Xahiş edirik ki yeni zibil qutuları quraşdırılsın”,- sakinlərdən biri fikrini bildirdi.

“Zibil qutularının az olması şəhərdə natəmizlik yaradır. Camaat tullantıları ağacların diblərinə atır və sonra o üzdən pis qoxu ətrafı bürüyür. Qutuların qoyulmasını istəyirik”,-  daha bir vətəndaş dedi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir