Sumqayıtda Lüdviqshafen (alman) parkında abadlıq işləri aparılır. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.
Şəhərin 9-cu mikrorayonunda yeləşən parkda avqust ayının sonlarından sentyabr ayının əvvəlinədək kanalizasiya boruları dəyişdirilmişdir. Hal-hazırda həmin parkın girişində quraşdırılmış “Lüdviqshafen park” yazısı olan mərmər lövhənin yeri dəyişdirilib. Burada yer qazılıb və köhnə piltələr yeniləri ilə əvəz edilir.
Təmir işləri aparılan əraziyə sakinlərin girişi müvəqqəti məhdudlaşdırılıb.