Sumqayıt Məhkəmə Kompleksində media-tur təşkil olunub

Total
0
Shares
Foto ədliyyə nazirliyi facebook
Foto ədliyyə nazirliyi facebook

Sumqayıt Məhkəmə Kompleksinə 7 sentyabr tarixində media-tur təşkil olunub. Kompleks ictimaiyyətə təqdim edilib.

Tədbirə qoşulanlar bina ilə tanış olublar. Kompleks altı məhkəməni, Sumqayıt apellyasiya, inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər məhkəməsini əhatə edir. Məhkəmə zallarında şəffaflığın təmin edilməsi üçün “Femida” sistemi quraşdırılıb. Ümumilikdə 240 işçi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Sumqayıt Məhkəmə Kompleksinin açılışı 3 sentyabr tarixində olmuşdur. Açılışda prezident İlham Əliyev iştirak etmişdir.