Sumqayıt şəhərində məktəb direktoru vəzifəsindən azad olunub.
Xeberle.com-a istinadən, 4-cü mikrorayonda yerləşən 14 nömrəli tam orta məktəbin direktoru Xanım Həsənova 20 ilə yaxın tutduğu vəzifədən yaş senzinə görə azad olunub.
Sözügedən məktəbə hələlik direktor vəzifəsinə yeni təyinat olmayıb.
14 nömrəli məktəb 1965-ci ildə inşa olunub. Hal-hazırda orada 1984 şagird təhsil alır.