Sumqayıtda 12 dekabr tarixində müəllimlər üçün “Özünü kəşf et” adlı vebinar təşkil olunacaq və 2 saat davam edəcək. Burada təlimçi Xəyalə Quliyeva iştirak edəcək. Bu haqda Sumqayıt24 şəhər Təhsil Şöbəsinin Facebook səhifəsinə istinadən yazır.
Təhsil Şöbəsinin təşəbbüsü ilə saat 21:00-da təşkil olunacaq onlayn seminarda müəllimlərə öz potensiallarını düzgün istiqamətdə inkişaf etdirmək, ideyalarını reallaşdırmaq üçün hansı addımları atmaq, qabaqcıl təcrübələrdən yararlanaraq fəaliyyətlərini daha da produktiv etmək üçün dəstək veriləcək.
Təlim haqqında daha ətraflı məlumatı “Whats app” qrupundan almaq olar: