Sumqayıt: mənzildə meyit aşkar edilib

Total
0
Shares
Depositphoto
Depositphoto

Sumqayıtda kişi öz evində ölü tapılıb. Bu haqda yazaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinad edirik.

FHN-nin qaynar xəttinə 1 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olan kimi xilasedicilər çağırış ünvanına cəlb olunublar. Onlar qapını açıb, orada 84 yaşlı Həmzəli Cəfərovun meyitin aşkar ediblər.

Meyit aidiyyəti üzrə təhvil verilib.