Bu gün, 25 oktyabr tarixində Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən ictimai nəqliyyatda sərnişinlərin tibbi maskadan istifadə edib-etməmələri yoxlanılıb.
Mərkəz plazanın önündə keçirilən reyddə karantin qaydalarını pozaraq maskadan istifadə etməyən şəxslər nəqliyyat vasitələrindən düşürülüb və onlara profilaktik söhbətlər aparılıb. Həmçinin həmin avtobusların sürücülərinə xəbərdarlıqlar edilib.
Daha öncə, 22 oktyabr tarixində reyd zamanı 50-yə yaxın peyvənd olunmayan taksi sürücülərinə və ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən sərnişinlərə qarşı protokollar tərtib edilmişdir.