Sumqayıt: mərkəzi küçələrin bordürləri boyanıb

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

20 sentyabr tarixində Sumqayıtda səkilərdə yenilənmə işləri aparılıb. Bu haqda Sumqayıt24-də məlumat verilib.

Beləliklə, şəhərin mərkəzi küçələrindən olan Sülh və Bakı küçələrində boyası solmuş bordürlər yenidən rənglənib. İşlərə çox sayda işçi qüvvə cəlb olunmuşdur. İşlər küçələrin kəsişməsində və hər iki küçə boyunca aparılıb.

Sentyabr ayı ərzində 12-ci, 20-ci mikrorayonlar ərazisində, həmçinin  Nəriman Nərimanov İsmət Qayıbov küçələrinin yollarında təmir-bərpa işləri aparılıb.

Foto Sumqayıt24
Foto Sumqayıt24