Sumqayıt: mərkəzi küçə və prospektlərdə avtomobil hərəkəti məhdudlaşdırılıb

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda mərkəzi yollarda avtomobil hərəkəti məhdudlaşdırılıb. Bu səbəbdən sürücülərə və marşrut xəttlərinə alternativ yollardan istifadə etmələri tövsiyyə olunub.  Bu haqda bu gün, 3 sentyabr səhər saatlarında Sumqayıt24-ə məlumat daxil olub.

Şəhərin Üzeyir Hacıbəyov, Zülfü Hacıyev, Nəriman Nərimanov, Cəfər Cabbarlı küçələrində, həmçinin Heydər Əliyev və Sülh prospektlərində yollar avtomobil hərəkəti üçün qısa müddətlik məhdudlaşdırılıb. Hal-hazırda 20 yanvar və Bakı küçələrində tıxac müşahidə olunur.