Sumqayıt: mərkəzi prospektlərin kəsişməsində yaranan problem aradan qaldırılıb

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda mərkəzi prospektlərin kəsişməsində təmir işləri tam olaraq yekunlaşıb. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.

İşlər, Heydər Əliyev və Azərbaycan prospektlərinin kəsişməsində, yeraltı kanalizasiya borusunun partlaması səbəbindən aparılmışdır. Kanalizasiya sularının yolun altında yığıldığı üçün yol çokmuşdü və oraya “Azərsu”nun işçiləri cəlb olunmuşdu. Həmin səbəbdən İcra Hakimiyyəti istiqamətində gedən yol da 2 həftəyə yaxındır ki bağlı idi.

Hazırda isə partlamış boru yenilənib, yaranmış çüxür qum ilə örtülüb və bu yol da avtomobillərin hərəkətinə icazə verilib.

Foto Sumqayıt24
Foto Sumqayıt24