Sumqayıt: “Mehdi Hüseynzadə” adına stadionda yenidənqurma işləri bərpa olunur

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Sumqayıtda Səməd Vurğun küçəsində yerləşən “Mehdi Hüseynzadə” adına stadionda yenidənqurma işlərinin davam etdirilicəyi vaxt məlum olub. Bu haqda Xeberle.com-a stadionunun direktoru Nadir Quliyev bildirib.

Məlumata əsasən, 2019-cu ildə yenidən qurulmasına 5 milyon manat vəsait ayrılan stadionda aparılan işlər 1 ilə yaxındır ki dayandırılıb. Lakin geridə qalan müddətdə arenada ofis və idman zalları üçün nəzərdə tutulan 4 mərtəbəli inzibati binanın tikintisi yekunlaşıb. Həmçinin, stadionun tribunaları tam hazırdır.

Nadir Quliyevin sözlərinə görə, artıq materialların bir hissəsi gətirilib, 1 həftə müddətində isə avadanlıqlar tam gətiriləcək və işçilər işə başlayacaq.

Daha sonra o, işlərin yekunlaşması proqnozunu verməyə tələsmədiyini vurğulayıb.

Qeyd edək ki, “Mehdi Hüseynzadə” adına stadionun tikintisi 1963-cü ildə başlamışdır, 1 iyul 1966-cı ildə isə istifadəyə verilmişdir. Hal-hazırda arena 16 min azarkeş tutumuna malikdir.