Sumqayıt metodik kabinet əməkdaşları “Pedaqogika və metodika: faydalı kitablar” adlı vebinarda iştirak ediblər. Onlayn görüşü Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi təşkil edib.
Vebinarın əvvəlində spiker Aynur Həşimova Anım Günü ilə bağlı videoçarx təqdim edib.
Bundan sonra, görüş zamanı iştirakçılara 10-dan artıq metodik və pedaqoji vəsait haqqında məlumat verilib. Sonda isə “Şagirdlərin uğur qazana bilməsi üçün tədris necə təşkil edilməlidir?” sualı ətrafında müzakirə aparılıb.