Sumqayıtda deputat, Milli Məclisin komitə sədri Hicran Hüseynova vətəndaş qəbulu keçirib. Bu haqda YAP Sumqayıt şəhər təşkilatının Facebook səhifəsində məlumat yayılıb.
41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı olan Hüseynovanın qəbulunda – 1-ci Qarabağ müharibəsi əlili Vüsal Nəzərov, 2-ci Qarabağ müharibəsinin qazisi Orxan Orucov və şəhid yoldaşı, həmçinin “Şəhid və qazi ailələri ilə əlaqələndirmə” şöbəsinin sədri Nəzakət İsmayılova iştirak ediblər. Onlar, yaranan problemlər haqda ətraflı mübadilə aparıblar.
Daha sonra, görüşdə iştirak edən Narkomaniya üzrə ekspert Emil Maraqlov son zamanlar “ağ ölüm” adlanan narkomaniyanın fəsadları, bu zərərli vərdişin xüsusilə də gənclər arasında sürətlə yayılmasından öz narahatlığını bildirib.
Qeyd edək ki, bütün təklif və şikayətlər qeydə alınıb, bəziləri isə müvafiq qurumlara həll edilməsi üçün yönləndirilib.