Sumqayıtda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 42-ci seçki dairəsinin seçiciləri ilə görüşüb.
Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının qərargahında (6-cı mikrorayon) baş tutan görüş zamanı vətəndaşların müraciətləri dinlənilib. Nəticədə problelmərin bir qismi yerindəcə həll olunub, bir hissəsi isə aidiyyatı qurumlara həll edilməsi üçün yönləndirilib.
Həmçinin, qəbulda təmsil olunan Sumqayıt Regional Vəkil Bürosu razılaşmaya əsasən vətəndaşlara pulsuz hüquqi yardım göstərməkdədir.
Bundan əvvəl, 10 sentyabr tarixində 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Emin Hacıyev seçiciləri qəbul etmişdir.