Sumqayıtda “Sağlam düşüncə” gənclər təşkilatı 22 sentyabr tarixində “Ümumdünya avtomobilsiz günü”nə həsr olunmuş velo-yürüş keçirəcək.
Yürüş Azərbaycan Gənclər Fondunun dəstəyi ilə təşkil olunacaq. Layihənin əsas məqsədləri insanların sağlam həyat sürməsinin təbliği, şəhərin ekologiyasının mühafizəsi və yollarda təhlükəsizliyi təmin etmək məqsədilə əhali arasında uzunmüddətli maarifləndirmə aparmaqdır.
Tədbirin proqramı:
- Toplanış (Sumqayıt, Heydər Əliyev Mərkəzinin qarşısı)
- Layihə və velo-yürüş haqqında məlumat və təhlükəsizlik qaydalarının izahı
- Yürüş iştirakçılarının layihənin loqosu əks olunmuş köynəklərlə təmin edilməsi
- Yürüşə hazırlıq, sıralanma
- Velo-yürüş (10 KM şəhəriçi marşrut)
- Çay süfrəsi (Sumqayıt Nəsimi Parkı)
Yürüşdə iştirak etmək üçün dəbilqənin olması arzu olunandır. Bununla bağlı yardıma ehtiyacı olanlar varsa, aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər:
Telefon: +994558237290
Email: [email protected]
Ödənişsiz yürüşdə iştirak etmək istəyən 16 yaşdan yuxarı şəxlər 19 sentyabr tarixinədək https://forms.gle/VnLncDsDJUfzKxdVA linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.