Sumqayıt: “Ümumdünya avtomobilsiz günü”nə həsr olunmuş veloyürüş keçirilib

Total
0
Shares
Foto Sumqayıt Gəncləri Facebook səhifəsindən
Foto Sumqayıt Gəncləri Facebook səhifəsindən

Sumqayıtda “Ümumdünya avtomobilsiz günü”nə həsr olunmuş “Velo-şəhər” adlı veloyürüş keçirilib.

“Sağlam Düşüncə” Gənclər Təşkilatnının təşkil etdiyi layihənin əsas məqsədləri şəhərin ekologiyasının mühafizəsi, insanların sağlam həyat sürməsinin təbliği və yollarda təhlükəsizliyi təmin etmək məqsədilə əhali arasında maarifləndirmə aparmaqdır.

Qeyd edək ki, yürüş Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Respublika Olimpiya Velosiped Məktəbi, BMT İnkişaf Proqramı və Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlərin birgə əməkdaşlığı və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.