Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Sumqayıt şəhərində keçirdiyi monitorinq zamanı bir obyektdə karantin qaydalarının pozulması faktı aşkarlanıb. Bu haqda bu gün, 23 sentyabr tarixində məlumat yayılıb.
Yoxlama zamanı Azərbaycan prospekti, ev 79B ünvanında yerləşən “Mutlu” dönər evində pandemiya dövrünün tələblərinin pozulduğu müəyyən olunub. Nəticədə, həmin obyektin sahibinə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Ötən sutka ərzində yeni növ koronavirus infeksiyasının qarşısını almaq məqsədi ilə 376 ictimai iaşə obyektində 633 monitorinq keçirilib.