Sumqayıtın 16-ci və 17-ci mikrorayonlarda su müvəqqəti olaraq kəsilib

Total
0
Shares
Envato
Envato

Sumqayıtda bəzi mikrorayonlarda suyun verilməsində fasilələr yaranıb. Bu barədə Sumqayıt24-ün oxucuları bildiriblər.

Verilən məlumata əsasən, hal-hazırda şəhərin 16-ci və 17-ci mikrorayonlarda su müvəqqəti olaraq kəsilib. Bu fasilə ərazidə aparılan təmir işləri ilə əlaqədardır.

Qeyd edək ki, Sumqayıt Su kanal idarəsi 7 sentyabr saat 23:00-dan 8 sentyabr 06:00-a qədər Sumqayıtın bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlərin yaranacağı haqda məlumatı öz rəsmi səhifələrində paylaşmışdırlar.